- Baxış sayı: 127
- 20 Sentyabr 2026 19:20
- Baxış sayı: 237
- Sentyabr 17, 2026
- 0

Azərbaycan millisi noyabrın 18-də Bakıda start götürəcək batut gimnastikası üzrə dünya çempionatında bir idmançı ilə təmsil olunacaq.
Allsport.az xəbər verir ki, Azərbaycan gimnastika federasiyasından “report”a verilən məlumata görə, 4 gün davam edəcək yarışda Mixail Malkin iştirak edəcək.
Milli gimnastika arenasında keçiriləcək dünya çempionatına 33 ölkədən 300-dək gimnast qatılacaq. Bakıda ilk dəfə təşkil olunacaq yarış batut gimnastikası üzrə 35-ci mundialdır.