- Baxış sayı: 57
- 16 İyul 2026 14:33
- Baxış sayı: 453
- İyul 15, 2026
- 0

Gənclər və idman nazirliyi ilə Azərbaycan su idman növləri federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevir “Kür” olimpiya tədris-idman mərkəzində idman federasiyalarının nümayəndələri arasında balıq ovu festivalı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə 20 idman federasiyasının nümayəndələri iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Yarış iştirakçıları müəyyən olunmuş vaxt ərzində daha çox və ölçüsü daha uzun olan balıq tutmaq uğrunda mübarizə aparıblar.
Yarışın yekununda kişilər arasında Azər Məhərrəmov (Azərbaycan bodibildinq və fitnes federasiyası) bütün rəqiblərini qabaqlayıb. Vüsal Qurbanov (Azərbaycan su idman növləri federasiyası) fəxri kürsünün 2-ci pilləsinə qalxıb. Cavad Cavadov (Gənclər və idman nazirliyi) isə 3-cü yerin sahibi olub.
Qadınlar arasında 1-ci yerə Şəfəq Kərimova (Azərbaycan voleybol federasiyası) layiq görülüb. Ədibə Əliyeva (“Azəridmanservis”) 2-ci, Samirə Ağayeva (Azərbaycan boks federasiyası) isə 3-cü yer tutub.
Azərbaycan su idman növləri federasiyası tərəfindən qaliblərə xatirə hədiyyələri verilib. Festival iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və idman ictimaiyyətinin nümayəndələri arasında ünsiyyətin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verib.
Təçkilatçılar tərəfindən bundan sonra da idmanın və sağlam həyat tərzinin təşviqinə xidmət edən bu cür tədbirlərin keçirilməsini davam etdirəcək.