Balotelli: “Düzgün çalışsalar, futbol tarixində iz qoya bilərlər”

Allsport.az xəbər verir ki, “Sion”un məşhur hücumçusu Mario Balotelli PSJ-nin futbolçusu Kilian Mbappe və “Mançester Siti”nin oyunçusu Erlinq Haaland haqda danışıb. O deyib:

“Haaland və Mbappe əgər düzgün zehniyyətə malik olsalar, növbəti 10 il ərzində yeni Messi-Ronaldo olacaqlar.

Mən də Rafael Leau və Viktor Osimheni də çox sevirəm. Mənim üçün bu “4-lük” futbol tarixində iz qoya bilər”.

Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 34 qol vurub və 9 məhsuldar ötürmə edib. Haaland isə 43 oyunda 49 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan