“Barsa”nın sürətinə yetişə bilmir

“Real Madrid” öz meydanında “Real Sosyedad”ı məğlub edə bilməyib. Allsport.az saytı xəbər verir ki, Karlo Ançelottinin komandasını lider “Barselona”dan indi 5 xal ayırır. Bu, artıq çoxdur. Belə bir qarşılaşmanın 0:0 hesabı ilə başa çatmaq fürsəti yox idi. Düşən imkanlar həyata keçirilsəydi, “kral klubu” 3 qol vurmuş olardı.

2-ci hissədə “qaymaqlılar” daha 11 zərbə vurub, 4-ünü hədəfə çatdırıb. Gerçək odur ki, 2 xal itirilib. Kərim Benzema üçün bu, bir fincan qəhvə ilə xoş məclisdə baxılası oyun deyildi. “Qızıl top”un sahibi cəmi 2 dəfə zərbə endirib.

Həmin kateqoriyadan