“Barselona” 10 nəfərlə “Valensiya”ya qalib gəldi

Bu gün, martın 5-də İspaniya la liqasının 24-cü turunda “Barselona”nın “Valensiya”nı qəbul edib.

Allsport.az xəbər verir ki, görüş “Kamp Nou” stadionunda baş tutub. Bu görüşdə Kataloniya klubu 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 15-ci dəqiqədə Rafinya vurub.

59-cu dəqiqədə “Barselona”nın futbolçusu Ronald Arauxo qırmızı vərəqə alıb.

Qeyd edək ki, lider “Barselona” bu qələbədən sonra xallarının sayını 62-yə çatdırıb və 2-ci yerdəki “Real”la fərqi 10 xala yüksəldib.

Həmin kateqoriyadan