“Barselona” 1970-ə qayıdır

İspaniyanın “Barselona” klubunun 2023/24 mövsümü üçün mümkün səfər formasının fotoları yayılıb.

Allsport.az xəbər verir ki, 1970-ci illərdən bəri ilk dəfə köynək ağ olacaq. 

“Nayk” səfər formasını mavi şort və eyni rəngdə corablar ilə birləşdirir.

Bu, 1970-ci illərdə geyilən forma ilə eyni rəng birləşməsidir. “Göy-narıncılar” indiki loqo əvəzinə 1975-2002-ci illərin loqotipindən istifadə edəcək.

“Barselona” 2022/23 mövsümündə İspaniya la liqasının turnir cədvəlində liderdir. 

Komanda 33 oyundan sonra 82 xal toplayıb. 

Həmin kateqoriyadan