“Barselona” artıq yay üçün planlar qurub

“Barselona” yay transfer pəncərəsində 120 milyon avrodan çox qazanacaq.

Allsport.az xəbər verir ki, klub bunu futbolçularının bir neçəsini satmaqla edəcək. Kataloniyalılar növbəti mövsümün əvvəlinə qədər La Liqanın qaydalarına uyğunlaşmaq üçün belə addım atacaqlar.

“Barselona” demək olar ki, hazırda icarədə olan bütün oyunçularını satmağa hazırdır. Yeganə istisna, indi “Osasuna”da oynayan yarımmüdafiəçi Abde Ezzalzoulidir.

Bununla belə, yalnız icarədə olan futbolçuların satışından əldə olunan gəlir kifayət etməyəcək. Bu səbəbdən klub hazırkı heyətin oyunçularını da satmağa hazırdır. Satışlar oyunçuların böyük təkliflər almasından asılı olacaq.

Eyni zamanda, heç bir şəraitdə satılmayacaq bir neçə oyunçu var. Onlar Pedri, Qavi, Ronald Arauxo Frenki de Yonqdur.

Həmin kateqoriyadan