- Baxış sayı: 23
- 15 Sentyabr 2026 11:35
- Baxış sayı: 201
- Sentyabr 13, 2026
- 0

“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Pedri klub tarixində daha bir əlamətdar göstəriciyə imza atıb.
Allsport.az xəbər verir ki, gənc futbolçu UEFA Çempionlar Liqasında “Feyenoord”a qarşı keçirilən matçda Kataloniya klubunun heyətində 250-ci oyununa çıxıb.
Bununla Pedri “Barselona” tarixində bu göstəriciyə ən gənc yaşda çatan ikinci futbolçu olub.
Bu siyahıya klubun əfsanəsi Lionel Messi başçılıq edir. Argentinalı ulduz da “Barselona”nın heyətində 250-ci oyununa daha erkən yaşda çıxaraq bu rekordu uzun müddət qoruyub.
Pedri “Barselona”ya 2020-ci ildə “Las Palmas”dan transfer olunub.