- Baxış sayı: 32
- 11 Sentyabr 2026 12:54
- Baxış sayı: 406
- Sentyabr 08, 2026
- 0

“Barselona”nın yarımmüdafiəçisi Pedri klub tarixində növbəti uğura imza atıb.
Allsport.az xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya təmsilçisinin heyətində 250-ci oyununu keçirib.
Bu yubiley qarşılaşması çempionlar liqasının əsas mərhələsinin ilk turunda “Feyenoord”a qarşı matça təsadüf edib. “Barselona” həmin görüşdə 5:1 hesablı inamlı qələbə qazanıb.
Pedri 250-ci oyununu keçirərkən 23 yaş, 9 ay və 15 günlük olub. Bununla da o, klub tarixində bu göstəriciyə çatan ən gənc ikinci futbolçu adına sahib çıxıb.
“Barselona”da 250 oyun həddini Pedridən daha erkən yalnız Lionel Messi keçib. Argentinalı ulduz 2013-cü ilin sentyabrında 23 yaş, 7 ay və 27 günlük olarkən bu göstəriciyə çatıb.
Digər klub əfsanələri isə 250-ci oyunlarını daha gec keçiriblər. Xavi bu həddə 24 yaş, 99 günlük, Andres İnyesta 24 yaş, 253 günlük, Serxio Buskets isə 25 yaş, 96 günlük olarkən çatıb.