“Barselona”da yeni himayədar

“Barselona” yeni sponsorlar axtarmağa davam edir. Allsport.az saytının məlumatına görə, klub futbolçuların şortlarında reklam yerləşdirməyi düşünür. Hesab edilir ki, bu, “göy-narıncılar”ın maliyyə vəziyyətini yaxşılaşdırmağa və maliyyə feyr-pleyi baxımından məhdudiyyətləri yüngülləşdirməyə yardımçı olacaq.

Yeni potensial sponsorlarla anlaşma kluba hər mövsüm əlavə 5 milyon avro qazandıra bilər. Artıq bir neçə təklif gəlib. Əvvəllər “Barsa” şort ilə reklam etmirdi, lakin digər La liqa klubları, məsələn, “Malyorka” və “Espanyol” bu təcrübədən yararlanırdı.

O da qeyd edilir ki, texnologiya brendi “Filips” komandanın köynəklərinin qollarında reklam yerləşdirmək istəyir. Əgər tərəflər bu mövsüm əməkdaşlığa başlasalar, o zaman başa çatana qədər “Barselona” 2-3 milyon avro qazanacaq. Gələcəkdə isə onun bu istiqamətdə gəliri mövsümdə 8-9 milyon avro təşkil edəcək.

Həmin kateqoriyadan