- Baxış sayı: 46
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, katalonları bundan sonra Niderland millisinin baş məşqçisi Ronald Kuman çalışdıracaq.
Bu barədə klub prezidenti Xosep Bartomeu məlumat verib. 57 yaşlı mütəxəssis bu vəzifədə Kike Setyeni əvəz edib.
Kuman 1989-1995-ci illərdə “Barselona”da çıxış edib. O, 2018-ci ildən Niderland yığmasını çalışdırırdı.