- Baxış sayı: 53
- 11 May 2026 15:09
- Baxış sayı: 76
- May 11, 2026
- 0

Azərbaycan basketbol federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov ölkəmizdə keçirilən “Əliağa Petkimspor”-“Hapoel Holon” FİBA çempionlar liqasının 3-cü pley-in görüşündən əvvəl, ilk matç zamanı itirilmiş pul vəsaitini tapan və onu aidiyyatı üzrə təhvil verilməsini təmin edən polis serjantı Abidov Nahid Zahid oğluna federasiya rəhbərliyi adından təşəkkürnaməni təqdim edib. Fərrux Mahmudov xidmət zamanı yüksək peşəkarlıq göstərən polis serjantı Nahid Abidova federasiya prezidenti Emin Əmrullayev adından bir daha təşəkkürünü bildirərək, gələcək xidməti işlərində uğurlar arzulayıb.