- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 120
- İyun 25, 2026
- 0

NBA-da bir neçə klubunun keçmiş oyunçusu Gilbert Arinas qumar biznesi təşkil etməkdə şübhəli bilinərək həbs olunub.
Allsport.az xəbər verir ki, Arinas 2021-ci ilin sentyabrından 2022-ci ilin iyuluna qədər qeyri-qanuni poker oyunları keçirmək üçün şəxsi malikanəsini icarəyə verib.
Onunla birlikdə bir neçə İsrail vətəndaşı da həbs edilib.
Arinas “Qolden Steyt”, “Vaşinqton”, “Orlando” və “Memfis” klublarında çıxış edib.