“Bavariya” gələn il Keyni transfer etmək istəyir

“Bavariya” 2024-cü ildə “Tottenhem”in futbolçusu Harri Keyni pulsuz transfer etmək istəyir.

Allsport.az xəbər verir ki , “Tottenhem” bu yay hücumçunu satmayacaq. Klub çempionlar liqasına düşməsə belə belə, Keyni buraxmayacaq. Amma bu halda ingiltərəli futbolçu ilə yeni müqavilə üçün danışıqlarla bağlı problemlər yaranacaq.

London təmsilçisi ən azı növbəti mövsümdə klubun bombardiri ilə razılığa gəlməyə ümid edir.

“Bavariya” isə bu ssenaridə gələn ilin yanvar ayında Keyn ilə danışıqlara başlamağı və onu azad agent kimi transfer edə bilməyi gözləyir.

29 yaşlı futbolçu bu mövsüm premyer liqada 20 qol vurub.

Həmin kateqoriyadan