Baxışda 132 basketbolçu

Baxışda 132 basketbolçu

Azərbaycan texniki universitetinin idman zalında, basketbol federasiyasının məşqçilər şurası tərəfindən qızlardan ibarət milliyə namizədlərə baxış keçirilib. Allsport.az saytı xəbər verir ki, Evrən Alqayanın rəhbərlik etdiyi prosesində, məşqçilər – Aygün Eynullayeva, Sakit Nuriyev, Konstantin Volkov, Evelina Qaradağlı, Zihni Anaç da iştirak ediblər.

U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçirilmiş baxışda 132 qız basketbolçu iştirak edib. U-12 yaş kateqoriyasında 20 nəfərdən 10-u, U-14 yaş kateqoriyasında 50 nəfərdən 20-si, U-16 yaş kateqoriyasında 60 nəfərdən 20-si seçilərək milli komandaların düşərgələrinə cəlb olunublar.

Həmin kateqoriyadan