Bellingem: “Karyeramın hər addımında təzyiq hiss etdim”

Allsport.az xəbər verir ki, Cob Bellingem, “Real Madrid”in heyətində oynamağı səbirsizliklə gözlədiyini açıqlayıb:

“Mən həqiqətən meydana qayıtmaq və “Real”da oynamağa başlamaq istəyirəm. Təqdimat mənim üçün xüsusi gün idi, amma indi komandada oynamaq üçün sağalmalıyam.

Komanda təzyiqi? Karyeramın hər addımında bunu hiss etdim. Sadəcə bunun öhdəsindən gəlməyin yollarını axtarmaq lazımdır”.

Madrid təmsilçisi Bellingemi Dortmund “Borussiya”sından 103 milyon avroya alıb.

Həmin kateqoriyadan