Benzema ilkə imza atıb

Kərim Benzema 11 mövsümün hər birində 20 və daha çox qol vuran ilk “Real” oyunçusudur.

Allsport.az xəbər verir ki, hücumçu la liqanın 27-ci turunun “Valyadolid”lə qarşılaşmasında (6:0) het-trik edib.

Fransalının 2022/23 mövsümündə aktivində bütün yarışlarda 22 qol var. Benzema geridə qalan 11 mövsümdə də 20 və daha çox qol vurub.

Kərim Alfredo di Stefano və Raulu keçib. Onlar 10 mövsüm 20 və daha çox qola imza atıblar.

Həmin kateqoriyadan