- Baxış sayı: 31
- 15 Mart 2026 21:39
- Baxış sayı: 191
- Mart 16, 2026
- 0

“Qarabağ”ın qapıçısı Əsmir Beqoviç qış fasiləsində komandadan ayrılacaq.
Allsport.az xəbər verir ki, 32 yaşlı qolkiper müqavilə ilə məxsus olduğu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”a qayıdacaq.
“Qarabağ” bosniyalı qapıçını yayda “gilaslar”dan 6 aylıq icarəyə götürmüşdü. Onun müqaviləsi dekabrın sonu başa çatacaq.
“Qarabağ” Avropa Liqasının qrupunda qaldığı üçün Beqoviçlə müqaviləni uzatmamaq qərarına gəlib.