- Baxış sayı: 31
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 396
- Avqust 20, 2026
- 0

Mövsümün ilk yarısını “Qarabağ”da keçirən, hazırda isə İtaliyanın “Milan” klubunda icarə əsasında oynayan Əsmir Beqoviç Bosniya və Hersoqovina yığmasına dəvət alıb. Allsport.az xəbər verir ki, yığmanın çalışdırıcısı Duşan Bayeviç 32 yaşlı qolkiperi milliyə qaytarıb.
Beqoviç sonuncu dəfə 2018-ci ildə Bosniya və Hersoqovina yığmasında oyun keçirib.
Yığmanın keçmiş çalışdırıcısı Robert Prosineçki təcrübəli simanı yığmaya dəvət etmirdi.