Bernardo Silva: “Haaland topa 1 dəfə toxunur və dərhal qol olur”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva çempionlar liqasının 1/4 final mərhələsinin ikinci oyununda (1:1) “Bavariya” ilə oyundan sonra komanda yoldaşı Erlinq Haalandın çıxışını alqışlayıb.

“Erlinq əvvəllər malik olduğumuz hər kəsdən fərqlənən xüsusi oyunçudur. Ona topa əlavə toxunuşlar lazım deyil.

Haaland 85 dəqiqə meydanda görsənmir, ancaq anı qaçırmır. Topa 1-2 dəfə toxunur və bu da qol. Belə xüsusi oyunçunun hücumda olması, bizə arxada özümüzü daha rahat hiss etdirir” – deyə Silva bildirib.

Həmin kateqoriyadan