- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Allsport.az xəbər verir ki, 2017-ci ildən “Mançester Siti”də çıxış edən ” Monako”nun keçmiş yarımmüdafiəçisi Bernardo Silva Liqa 1-i premyer liqa ilə müqayisə edib.
“Mənim üçün Fransada oynamaq İngiltərədə oynamaqdan daha çətin idi.
Liqa 1-də fiziki cəhətdən daha çox tələbkar futbol var. Bəlkə də buna görədir ki, “Mançester Siti”də topa daha çox sahib oluruq. Ancaq əvvəlcə mənim üçün asan olmadı, buna öyrəşməli oldum”.
Silva 2017-ci ildən “Siti”nin heyətində 301 oyuna çıxıb, 53 qol vurub və 58 məhsuldar ötürmə edib.