- Baxış sayı: 38
- 22 Sentyabr 2026 14:11
- Baxış sayı: 234
- Sentyabr 17, 2026
- 0

24 martda Beynəlxalq sumo federasiyası tərəfindən onlayn seminar olub. Allsport.az saytı xəbər verir ki, toplantıda 20 ölkədən 100-dən çox hakim iştirak edib.
Azərbaycandan Samir Abdullayev, Ülvi Ağamirov, Ariz Əliyev, Əmiraslan Əhmədov, Xəyyam Abdullayev, Zaur Məmmədov, Cavid Mustafayev, Əzizə Cəfərova, Alik Yusifov və Xəlil Məmmədov qatılıblar.
Məşğələdə beynəlxalq yarışların ümumi qaydaları, yarış zamanı olan mübahisəli vəziyyətlər və bir neçə başqa məsələlər müzakirə olunub.