Beynəlxalq təlim-məşqə yollandılar

Stolüstü tennisçilərimiz Adil Əhmədzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova və Aylin Əsgərova bu gün Çinin Hebei şəhərinə yola düşüb.

Allsport.az saytı xəbər verir ki, onlar məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında beynəlxalq toplanışında iştirak edəcəklər. Hazırlığa sentyabrın 10-da yekun vurulacaq.

Daha 4 idmançımız – Onur Quluzadə, Tunar Bağırov, Yağmur Məmmədli və Xədicə Eylazova iyulun 4-dən etibarən avqustun 15-dək məşqçi İsmayıl Mirzəyevin rəhbərliyi ilə Çinin Şanxay şəhərində təlim-məşqdədirlər.

Həmin kateqoriyadan