Bizim sehirli çubuğumuz yoxdur

“Çelsi”nin müvəqqəti baş məşqçisi Frank Lempard premyer liqanın 33-cü turunda evdə “Brentford”a 0:2 hesablı məğlubiyyətdən sonra fikirlərini bildirib.

Bu məğlubiyyət Lempardın təyinatından sonra London komandası üçün ardıcıl 5-ci məğlubiyyət olub. Bu barədə o belə deyib:

“Azarkeşlər bizi tənqid edir? Mənim bununla heç bir problemim yoxdur, onları tamamilə başa düşürəm. Mən onları çox yaxşı tanıyıram, onlar öz komandalarını dəstəkləyirlər və əsəbiləşirlər, çünki uğura öyrəşiblər və bizim hamımız kimi daim buna can atırlar. 

İndi azarkeşlərə deyə bilərəm ki, futbolçular canfəşanlıq nümayiş etdirirlər. 

Kaş ki, sehrli çubuğumuz olsa idi. Amma bu, futbolda olmur”.

Həmin kateqoriyadan