VİDEO
“Boavişta” liderlə oyunda qələbəni qaçırdı, Kamran startda, Emin sonda meydanda oldu

Portuqaliya primeyra-liqasında 17-ci turunda azərbaycanlı futbolçular Kamran Ağayevlə Emin Mahmudovun formasını geyindikləri “Boavişta” səfərdə “Benfika” klubu ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, futbolçularımızın komandası liderlə matçda sensasiyaya yaxın olub. Qonaqlar 25-ci dəqiqəyədək 3 qol vurublar, amma bu təşəbbüsü sonadək saxlaya bilməyiblər. İlk yarıda 1, növbəti hissədə 2 dəfə fərqlənən lissabonlular yenilməkdən qurtulublar – 3:3.

Qapıçımız startda meydana çıxıb və sonadək oynayıb. Emin Mahmudov 89-cu dəqiqədə komanda yoldaşının əvəzinə meydana girib. “Şahmatlı bəbirlər” hazırda 21 xalla yarış cədvəlində 11-cidir.

Həmin kateqoriyadan