Bodibilderlərdən qitə çempionatında 5 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb

İspaniyanın Santa Susanna şəhərində bodibildinq və fitnes üzrə Avropa çempionatı keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan yığma komandasının üzvlərindən Hidayət Məhərrəmli (“Muskular mens fizik”, boyu 179 sm-dək), Vüqar Verdiyev (“Masters bodibildinq”, çəkisi 80 kq-dan yuxarı), Yusif Nurullayev (“Bodildinq”, çəkisi 90 kq-dək) 1-ci yerə layiq görülüblər.

Təbriz Tarverdiyev (“Mens fizik”, boyu 179 sm-dək), Fərhad Quliyev (“Klassik bodibildinq”, boyu 168 sm-dək), Səid Kodairi (“Klassik bodibildinq”, boyu 175 sm-dək), Mansur Şərifov (“Bodibildinq”, çəkisi 85 kq-dək) 2-ci, Şəhriyar Xızrı (“Klassik fizik”, boyu 180 sm-dən yuxarı), Nizami Yarməmmədov (“Masters bodibildinq”, çəkisi 80 kq-dək), Murad İsayev (“Bodibildinq”, çəkisi 80 kq-dək) 3-cü pillədə qərarlaşıblar.

Məhərrəmli Hidayət (“Muskular mens fizik”) və Yusif Nurullayev (“Bodibildinq”) isə mütləq çempionluğa sahib olublar.

Ümumi komanda hesabında Azərbaycan yığması dördüncü yeri tutub.

Həmin kateqoriyadan