Boğaraq məğlub etsə də, vurmağa davam etdi

Moskvada VTB arenada MMA seriya-75 turniri baş tutub. Allsport.az xəbər verir ki, aralarında ən maraqlısı Artem Tarasov – Yevgeni Erşov döyüşü oldu. Diqqət çəkən məqam isə, görüşdən sonra baş verən kütləvi dava idi.

Tarasov və Erşov qəfəsdə çox vaxt keçirmədilər: artıq birinci hissənin əvvəlində Artem yerdə üstünlüyü ələ keçirərək rəqibini boğub. Erşov təslim olmaq üçün əlini yerə çırpsa da, Tarasov orada dayanmamaq qərarına gəlib, rəqibinə daha bir zərbə endirib.

Daha sonra rəqiblər arasında daha bir döyüş başlayıb. Onları aralamaq üçün ortaya girən hakim isə Erşovun zərbəsinə tuş gəlib.

Həmin kateqoriyadan