- Baxış sayı: 12
- 09 İyul 2026 22:38
- Baxış sayı: 345
- İyul 08, 2026
- 0

“Barselona” Dortmund “Borussiya”sının futbolçusu Kərim Adeyemini transfer etmək istəyir.
Allsport.az xəbər verir ki, Kataloniya klubu 24 yaşlı vinger üçün ilk təklifini göndərib və 20 milyon avro təklif edib. Lakin Dortmund təmsilçisi bu məbləğlə razılaşmayıb.
“Borussiya” alman futbolçunun transferindən azı 33 milyon avro qazanmaq istəyir. Klub həmçinin gələcək satışdan faiz hüququnun da müqaviləyə əlavə olunmasını tələb edir.
Adeyemi artıq “Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə telefon danışığı aparıb. Futbolçunun karyerasını Kataloniyada davam etdirmək istədiyi bildirilir. Onun “Borussiya” ilə müqaviləsi 1 ildən sonra başa çatacaq.