- Baxış sayı: 60
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Almaniyanın “Borussiya” klubunun baş məşqçisi Tomas Tuxel Avropa Liqasının qrup mərhələsində “Qəbələ”, eləcə də Yunanıstanın “Panatinaikos” və Rusiyanın “Krasnodar” komandaları ilə bir qrupa düşmələrinə münasibət bildirib. Allsport.az xəbər verir ki, o, bunları söyləyib:
“Doğrudan da maraqlı bir qrupa düşmüşük. PAOK-la səfər oyununda unudulmaz atmosfer hökm sürəcək. “Krasnodar” Rusiyanın ən yaxşı klublarından biridir. “Qəbələ” isə “Panatinaikos”u mübarizədən kənarlaşdırıb. Bu rəqiblərlə oyunlara yaxşı hazırlaşıb, bütün silahlarımızdan istifadə etməyə çalışacağıq”.