Braziliya millisinin üzvləri DK-2026-da matçlar arasında kart oynayırlar

“Real”ın hücumçusu Vinisius Juniorun Braziliya millisinin oyunçuları ilə kart oynayarkən görüntüsü yayımlayıb. Allsport.az saytı xəbər verir ki, şəkildə “Santos”un hücumçusu Neymar, “Arsenal”ın müdafiəçisi Qabriel Maqalyanes və “Nyukasl”ın yarımmüdafiəçisi Bruno Qimarayanes yer alıblar.

Neymar “selesao”nun ilk oyununu buraxıb və 2-ci oyunu da buraxacağı gözlənilir. İyunun 14-də Braziliya seçməsi Mərakeşlə 1-1 hesablı heç-heçə edib. Qrup mərhələsində Karlo Ançelottinin komandası Haiti (20 iyun) və Şotlandiya (25 iyun) ilə də qarşılaşacaq.

Həmin kateqoriyadan