Braziliyalı qızı xəstəxanalıq edib

Braziliyalı İstela Nunes “UFC Vegas 77″də rusiyalı Viktoriya Dudakovaya uduzduqdan sonra azarkeşlərə müraciət dərc edib.

Allsport.az xəbər verir ki, Dudakova ilk raundda texniki nokautla qalib gəlib. Nunes yıxılaraq qolunu sındırdıqdan sonra döyüş dayandırılıb.

“Dəstəyinizə və sevginizə görə hər kəsə çox sağ olun deyirəm. Evə çatanda hər kəsə cavab verəcəm. Bütün pərəstişkarlarıma təşəkkür edirəm. Özümü çox güclü hiss etdim. Bu döyüşə çox hazırlaşdım. Bilirdim ki, bu gecə mənim axşamımdır, mənim döyüşümdür.

Amma mən daha güclü qayıdıb sizə hər şeyi yenidən göstərəcəyəm. UFC-yə və Dana Vayta təşəkkür edirəm” – Nunes “İnstaqram”da yazıb.

Həmin kateqoriyadan