“Bu çempionluğumu şəhidlərimizə həsr edirəm”

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu yığmamız Heydər Əliyev beynəlxalq aeroportunda böyük coşğuyla qarşılanıb.

Avropa çempionu olan Ruslan Əlizadə çıxışını dəyərləndirib: “Yarımfinalda erməni, finalda isə rus güləşçisini məğlub etdim. Bu çempionluğumu şəhidlərimizə həsr edirəm. İnşallah, yaxşı hazırlaşıb, dünya çempionatından da bu nəticəni təkrarlayarıq”.

Həmin kateqoriyadan