Bu gün 1 dəst medal qazanan Oleq Stepko Azərbaycan idmanı tarixinə düşdü

1-ci Avropa Oyunlarında idman gimnastikasına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, əvvəlki günlərdə komanda və fərdi çoxnövçülük yarışları keçirilib. Sonra idmançılar ayrı-ayrı hərəkətlərdə mübarizə aparıblar.

Milli Gimnastika Arenasında təşkil olunan rəqabətdə millimizin aparıcı üzvü Oleq Stepko da medallar üçün mücadilə edib. İlk çıxışlarında gümüş və bürünc mükafata yiyələnən Azərbaycan gimnastı, bu gün daha 3 dəfə fərqlənib. Oleqin son qazancı bir dəst medal olub.

Gimnastika atında 4,600 xalla 2-ci yeri tutan Stepko, halqalarda 4-cü sırada qəraplaşıb (14,466). Təkanla tullanmada hakimlər idmançımıza 2 hərəkətin cəmində 14,966 xal veriblər. Bu proqramda bürünc medal qazanan Oleq Stepko həlledici məqamda zirvəyə qovuşub. O, paralel qollarda 15,733 xal toplayıb, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu uğur sayəsində Azərbaycan gimnastı tarixə düşüb. Belə ki, o, bir yarışda 5 medal qazanan ilk idmançı olub. Buna qədər mötəbər arenalarda hər hansı bir təmsilçimiz heç 2 mükafata yiyələnməyib.

Həmin kateqoriyadan