Bu gün medal olmadı

Taekvondoçuların qran-prisnin final mərhələsinin son günü bizim üçün uğursuz olub. Allsport.az saytı xəbər verir ki, Rio-2016-nın qalibi Radik İsaev (+80 kq) Roman Kuznetsovla (Rusiya) qarşılaşmada məğlub olub (0:3).

Ayxan Tağızadə (68 kq) Koreya Respublikasından olan Seok-bae Kimə uduzub (3:9). Yeganə qadın təmsilçimiz Yarpaq Əriş (57 kq) də ilk döyüşünü qalib başa vura bilməyib. O, misirli Hedaya Malakla bacarmayıb (2:14).

Beləliklə, 9-10 dekabrda Bakıda keçirilən final mərhələsində taekvondoçularımızdan yalnız Milad Beigi Hərçəqani (80 kq) medal qazanıb. O, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmin kateqoriyadan