“Bu, mənim son fürsətimdir”

Orta çəkidə kiçmiş çempion İsrael Adesanya, UFC-287-də Aleks Pereyra ilə keçirəcəyi döyüşdən gözləntilərini bölüşüb.

Allsport.az xəbər verir ki, o, qələbə qazanmaq üçün əlindən gələni edəcəyini söyləyib:

“Mən döyüşə tamamilə fərqli düşüncə tərzi ilə hazırlaşıram. Hər şey qaydasındadır. Zərləri atmağın vaxtıdır. Mənim bundan xoşum gəlir. Çox poetik səslənir.

Bu, mənim son fürsətimdir. Qalib gəlmək üçün əlimdən gələni edəcəyəm”.

Döyüş aprelin 9-da Mayamidə olacaq.

Həmin kateqoriyadan