“Bu oyunda 2 xal itirdik, nəinki 1 xal qazandıq”

Millətlər liqasının qrup mərhələsində “Elbasan arena”da Azərbaycan – Kipr oyunundan sonra, mətbuat konfransı keçirilib. Allsport.az saytı komandamızın baş məşqçisi Canni De Byazinin səsləndirdiyi fiki diqqətinizə çatdırır:

 “Qalib gəlməli olduğumuz oyun idi. İlk hissədə çoxlu imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Fasilədən sonra da yaratdığımız imkanları dəyərləndirə bilmədik. Təbii ki, qol vurmadan qalib gəlmək olmur. Futbolçular meydanda ürəklərini qoydular. Qrupdakı son fürsətimizdən istifadə etmək istəyirdik.

Təəssüf ki, alınmadı. Bu oyunda 2 xal itirdik, nəinki 1 xal qazandıq. İlk hissədə hesab 3:0 ola bilərdi. Dediyim kimi, imkanlardan istifadə edə bilmədik. Oyuna yaxşı köklənmişdik. Qalib gələcəyimizə inanırdıq. Qalib gəlsəydik, komandadakı əhval-ruhiyyə müsbət mənada dəyişə bilərdi.

Müdafiədə səhv etməmək üçün çalışdıq ki, hücumameylli futbol oynayaq, müdafiədən tez hücumlar təşkil edək. Komandada hər şeyə mən qərar verirəm. Penalti epizoduna gəlincə, Qaranın vurmasını mən istədim. Komandamızın kapitanıdır. İstədik ki, bu çətin vəziyyətdə penaltini o yerinə yetirsin”.

Həmin kateqoriyadan