- Baxış sayı: 34
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 402
- Avqust 20, 2026
- 0


Almaniyanın “Dinamo” (Drezden) klubunda 2 futbolçunun koronavirus testi müsbət çıxıb. Allsport.az xəbər verir ki, bu səbəbdən 2-ci Bundesliqa klubunun üzvləri 14 günlük karantinə alınıb.
Klubub idman direktoru Ralf Miqne bildirib ki, bu müddət ərzində məşq və oyuna çıxa bilməyəcəklər.
Almaniyada futbol mövsümünün mayın 16-da bərpa ediləcəyi açıqlanmışdı. Baş verən son hadisədən sonra hansı qərarın veriləcəyi şübhə altındadır.
Drezden təmsilçisinin mayın 17-də “Hannover” ilə oyunu planlaşdırılıb.