Bunu bacaran ilk ölkə oldu

Bunu bacaran ilk ölkə oldu

İspaniya futbol tarixində unikal uğura imza atıb.

Allsport.az xəbər verir ki, Lüis de la Fuentenin rəhbərlik etdiyi kişi millisi DÇ-2026-nın finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Bununla da İspaniya eyni vaxtda həm kişi, həm də qadın futbolu üzrə dünya çempionu tituluna sahib olan ilk ölkə kimi tarixə düşüb.

Xatırladaq ki, İspaniya qadın millisi 2023-cü ildə keçirilən dünya çempionatının finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək kuboku qazanmışdı.

Bu rekord ən azı 2027-ci ilə qədər qüvvədə qalacaq. Belə ki, qadınlar arasında növbəti dünya çempionatı 2027-ci ildə Braziliyada təşkil olunacaq.

Həmin kateqoriyadan