Burak Yılmaz köhnə baş məşqçisinə dəstək verib

Allsport.az xəbər verir ki, “Fortuna Sittard”da çıxış edən Türkiyə milli komandasının üzvü Burak Yılmaz inanılmaz açıqlamalar verib. O, İslamofobiyadan ittiham olunan və istintaq altında olan keçmiş baş məşqçisi Kristof Qaltierə dəstək mesajı göndərib.

Hücumçu Kristof ilə bağlı bunları deyib: “Bu gün xəbərləri oxudum və hiss etdim ki, nəsə demək lazımdır. Qaltierlə işlədiyim müddətdə dinimə və irqimə aid ondan heç bir mənfi fikir eşitməmişəm. O, dahi məşqçidir və böyük şəxsiyyətdir”.

Təcrübəli məşqçi 2017-2021-ci illər ərəfəsində Fransanın “Lille” klubun çalışdırıb. Burak Yılmaz da 2020-2022-ci illərdə həmin klubdada çıxış edib.

Həmin kateqoriyadan