Busqets “Barselona”dan gedir

Allsport.az xəbər verir ki, “Barselona” mövsümün sonunda Serxio Busqetslə yollarını ayırır

“”Barselona”da oynamaq mənim üçün şərəf və qürur mənbəyi idi, lakin hər şey sona çatır.

Bu, asan qərar deyildi, amma vaxtı gəlib. Bu yolda məni dəstəkləyən bütün insanlara, eləcə də azarkeşlərə təşəkkür edirəm” – deyə 34 yaşlı yarımmüdafiəçi bildirib.

Daha əvvəl ispaniyalıya MLS-dən, Səudiyyə Ərəbistanı klublarının birindən və “İnter Mayami”dən təkliflərin olduğu bildirilib.

Busqets “Barselona” akademiyasının yetirməsidir. O, komandada debütünü 2008-ci ildə edib. Serxio klubda 718 oyun keçirib – bu, tarixin 3-cü ən yüksək göstəricisidir.

Həmin kateqoriyadan