Bütün zamanların ən böyük döyüşçüsü 3-illik fasilədən sonra UFC-yə qayıdacaq

Martın 6-na keçən gecə UFC-285 turniri baş tutacaq. Allsport.az saytı xəbər verir ki, onun əsas döyüşündə böyük Con Cons 3 ildən sonra ilk dəfə çıxış edəcək. Yüngül çəkidə keçmiş çempion bütün zamanların ən böyüklərindən biri hesab olunur.

Liqanın prezidenti Dana Uayt, onu idman tarixində ən böyük istedad adlandırdı. Qarşıdan gələn turnirdə Cons ağır çəki dərəcəsində UFC kəməri uğrunda döyüşəcək və fransalı Siril Qan onun rəqibi olacaq.

Həmin kateqoriyadan