- Baxış sayı: 137
- 15 Yanvar 2025 19:49
- Baxış sayı: 137
- Yanvar 15, 2025
- 0
Bu gün Olimpiya Güləş Mərkəzində açıq məşqdə keçirildi. Allsport.az saytı xəbər verir ki, sərbəst güləş millinin kapitanı Cəbrayıl Həsənov KİV-ə açıqlmasında qarşıdakı dünya çempionatında hədəfindən danışıb:
“Sonuncu təlim-məşq toplanışımızı Türkiyə yığmasıyla birgə keçirik. Hazırlıq yaxşı gedir. Əsas hədəfimiz dünya çempionatıdır. Qardaş ölkənin güləşçiləri ilə birgə toplanış faydalıdır. Hər 2 komanda üçün bu hazırlıq xeyir verir. Yarışlara yüksək səviyyədə hazırlaşmışıq.
Mundialda maksimum nəticəyə imza atmağa çalışacağıq. Türkiyə yığmasında mənim çəkimdə olan güləşçi ilə Avropa çempionatında qarşılaşmışdım. Ümumiyyətlə, bütün rəqiblərimi diqqətlə izləyirəm ki, dünya çempionatında qalib gəlim”.