“Çalışacağıq ki, Avroliqa oyunlarına qədər komandanı tam hazır vəziyyətə gətirək”

Avstriya hazırlığı çərçivəsində keçirilmiş “Neftçi” – “Kukesi” (Albaniya) matçından sonra paytaxt klubunun baş məşqçisi Samir Əliyev fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, klub saytına açıqlamasında 0:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Fikrimcə, maraqlı oyun oldu. Təxminən 20 futbolçunu yoxlaya bildik. Zəif və güclü tərəflərimizi gördük. Birinci hissədə çox yaxşı oynadıq amma qol imkanlarımızdan istifadə edə bilmədik. İkinci hissədə gənc futbolçulara şans verdik, təcrübəsizlik öz sözünü dedi və səhvlərimiz nəticəsində qollar buraxdıq. Çalışacağıq ki, Avropa Liqasının oyunlarına qədər komandanı tam hazır vəziyyətə gətirək”.

Həmin kateqoriyadan