“Çalışırıq ki, MDB-nin vahid yığmasına Azərbaycandan 1 məşqçi cəlb olunsun”

Rusiya millisi FİFA və UEFA-nın sanksiyasına düşdükdən sonra, futbol veteranları tərəfindən komanda ilə bağlı bir sıra təkliflər irəli sürülüb. Allsport.az saytı xəbər verir ki, bunu SSRİ yığması və “Spartak”ın keçmiş qapıçısı Anzor Kavazaşvili “Komsomolskaya pravda”ya deyib. Onun sözünə görə, Asiya komandaları ilə yoxlama matçlarının keçirilməsi təkliflər sırasında olub:

“Özbəkistanın adı çəkilirdi. Onlar tərəfdən təklifin gəldiyi bildirilirdi. Amma Rusiya futbol ittifaqından deyildi ki, planlarında millinin qarşılaşacağı rəqiblər var.

RFİ-yə göndərilən təkliflər sırasında Özbəkistan, Tacikistan, Ermənistan, Azərbaycan, hətta Gürcüstanın oyunçularından olmaqla, MDB-nin vahid yığması komandasının yaradılması da var. Çalışırıq ki, komandaya bu ölkələrin hər birindən bir məşqçi cəlb olunsun və məşqçi heyəti yaradılsın”. 

Həmin kateqoriyadan