Çarlz Oliveyra: Revanş matçı tam fərqli olacaq

UFC döyüşçüsü Çarlz Oliveyra, yüngül çəkidə çempion titulu uğrunda döyüşündə rusiyalı İslam Mahaçova nə üçün uduzduğunu açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ötən ilin oktyabrında braziliyalı idmançı 2-ci raundda boğulma fəndi ilə uduzmuşdu. Oktyabrın 21-də Əbu-Dabidə (BƏƏ) keçiriləcək UFC-294 turnirində tərəflər arasında cavab görüşü baş tutacaq.

“O döyüşdən əvvəl etməməli olduğum bir şey dedim. Yanlış idi. Sonda çox emosional oldum. Mən heç vaxt demərəm ki, kimisə öldürəcəm və ya qarğış edəcəm. Sonra İslamdan danışırdım: “Ay, mən bu oğlanı öldürəcəm, bunu-filan edəcəm”. Mən həyatımda belə bir söz deməmişəm. Sonda mətbuat konfransında onların tərəfində deyilənlərə reaksiya verdim. Bu dəfə sadəcə özüm olmaq istəyirəm”, – Çarls izah verib.

Həmin kateqoriyadan