Caylon Branson rekorda imza atdı

Caylon Branson rekorda imza atdı

“Nyu York Niks”in oyun qurucusu Caylon Branson komanda tarixində 5000 xala ən tez çatan basketbolçu olub.

Allsport.az xəbər verir ki, 28 yaşlı idmançı buna 190-cı oyununda nail olub.
Branson Bernard Kinq və Karmelo Entoninin 191 oyunluq rekordunu vurub.

Caylon Branson bu mövsüm NBA-da 44 oyuna çıxıb, orta hesabla 26,2 xal, 2,9 ribaund və 7,4 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan