- Baxış sayı: 46
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İtaliya “A” seriyasının yayım hüququna sahib olan “CBC Sport” kanalı “Roma”nın oyunlarını efirə verməyəcək. Allsport.az saytı xəbər verir ki, bunu şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli “Futbol+” qəzetinə açıqlamasında bildirib.
O, daxili qərarla “Roma”nın oyunlarının yayımını dayandırdıqlarını söyləyib. Həmkarımız bildirib ki, erməni futbolçusu Henrix Mxitaryan klubdan ayrılana qədər bu, belə davam edəcək.
Əlavə edək ki, “Roma” bir neçə gün əvvəl Ermənistana yardım göndərmişdi.