“Çelsi” Qavini istəyir

Allsport.az xəbər verir ki, “Çelsi” “Barselona”nın yarımmüdafiəçisi Qavi ilə maraqlanır.

London klubu 18 yaşlı futbolçunu yay transfer pəncərəsi zamanı almaq istəyir.

“Çelsi” oyunçuya təkcə çox milyon dollarlıq müqavilə deyil, həm də yüksək bonus təklif etməyə hazırdır.

Qavi bu mövsüm La Liqada 27 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan