“Çelsi” səhv etdiyini anlayıb

Allsport.az xəbər verir ki, “Çelsi”nin sahibləri keçən ilin sentyabr ayında baş məşqçi Tomas Tuxellə yollarını ayırdıqları üçün peşmandırlar.

“Zadəganlar”ın sahibləri etiraf edirlər ki, almaniyalının istefaya göndərilməsi qərarını qəbul edərkən səhvə yol veriblər.

Tuxelin gedişindən dərhal sonra “Çelsi” Qrem Potteri baş məşqçi təyin etmişdi. Onun komanda ilə işi 7 ay davam edib.

“Çelsi”nin sahibləri belə tez istefaya rəğmən, Potteri yüksək dəyərləndirməkdə davam edirlər. Lakin komanda o qədər zəif oynadı ki, onlar məsələyə müdaxilə etməli olduqlarını hiss etdilər.

Frank Ləmpard hazırda “Çelsi”ni çalışdırır və müqaviləsi mövsümün sonuna qədərdir. 

Həmin kateqoriyadan