- Baxış sayı: 36
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Mançester Siti”nin transfer siyahısında yer alan Pedru Netu “Çelsi”də qalacaq.
Allsport.az xəbər verir ki, London təmsilçisi portuqaliyalı vingerin müqaviləsinin müddətini uzadıb.
Premyer liqa nəhəngi 26 yaşlı futbolçu ilə 2032-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalayıb.
“Çelsi” Pedru Netunu 2024-cü ilin yayında “Vulverhempton”dan 60 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə “zadəganlar”ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol vurub.